Rusiyanın ilk islam bankı bu ay açılacaq

Rusiyanın ilk islam bankı bu ay açılacaq Yeni bankın hədəfi İslam ölkələrindən investisiyaların Rusiyaya cəlb olunmasıdır
Maliyyə
24 Mart , 2016 11:54
Rusiyanın ilk islam bankı bu ay açılacaq

Bakı. 24 mart. REPORT.AZ/ Rusiyanın islam bankçılığı qaydası ilə fəaliyyət göstərəcək ilk bankı bu ay açılacaq. "Report"un dünya mətbuatına istinadən verdiyi xəbərə görə, Tatarıstanın paytaxtı Kazanda açılacaq yeni bank "Tatagroprombank"ın alt qurumu olaraq Rusiyanın islam maliyyə prinsipləri ilə fəaliyyət göstərəcək.

İslam İnkişaf Bankı ilə iş birliyi razılaşması da imzalayacaq bankın açılması ilə Rusiyaya İslam ölkələrindən investisiyaların cəlb olunması hədəflnilir.

Qeyd edək ki, cari ilin yanvar ayında Rusiya parlamentindən keçən qərarla ölkədə dini maliyyə qurumlarının fəaliyyəti sərbəst buraxılıb. 

Son xəbərlər

Orphus sistemi