Rusiyanın fond birjalarına kapital axını artır

Rusiyanın fond birjalarına kapital axını artır Ekspertlər: Lakin bu kapital hər an ölkədən çıxarıla bilər
Maliyyə
23 Yanvar , 2017 16:57
Rusiyanın fond birjalarına kapital axını artır

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 12-18-də (hesabat həftəsi) Rusiyanın səhm bazarı fondlarına vəsait axını 262 mln. ABŞ dolları təşkil edib. "Report"un "Expert.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat "Renessans Kapital" investisiya şirkətindən verilib. Bu, əvvəlki həftə ilə müqayisədə 2,3 dəfə çoxdur. "Kommersant" qəzetinin yaydığı məlumata görə, Rusiya fond birjalalarına kapital cəlbinin həcminə görə inkişaf etməkdə olan ölkələr arasında lider olub.

"Renessans Kapital"ın hesabatında həmçinin bildirilir ki, Rusiya fondlarının 2016-cı ilin noyabrın ortalarından etibarən cəlb etdiyi vəsaitin toplam həcmi 1,9 mlrd. dollar təşkil edib. Bundan çox vəsait ancaq inkişaf etmiş ölkələrin fondlarına daxil olur. Belə ki, eyni dövr ərzində ABŞ fondlarına 3,5 mlrd. dollar, Yaponiyaya isə 4,3 mlrd. dollar həcmində kapital cəlb edilib.

FBS onlayn foreks broker şirkətinin analitik şöbəsinin rəhbəri Yelizaveta Beluginaya görə, Rusiya fondlarına vəsait axını neft qiymətlərinin artması, ABŞ-Rusiya münasibətlərinin yumşalması ehtimalları əsasında baş verir: "Amma qeyd etmək lazımdır ki, Rusiya maliyyə aktivlərinə investisiyalar spekulyativ xarakter daşıyır. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməməsi və neft qiymətlərinin düşməyə başlaması növbəti maliyyə böhranına gətirib çıxara bilər".

Son xəbərlər

Orphus sistemi