Rusiyanın ən böyük banklarından biri müflis elan olunub

Rusiyanın ən böyük banklarından biri müflis elan olunub Bankın yüksək vəzifəli menecerləri həbs olunub
Maliyyə
11 Aprel , 2017 15:58
Rusiyanın ən böyük banklarından biri müflis elan olunub

Bakı. 11 aprel. REPORT.AZ/ Tatarıstan Arbitraj Məhkəməsi "Tatfondbank" kommersiya bankını müflis elan edib. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, müflisləşmə barədə Rusiya Bankı (Mərkəzi Bank) iddia qaldırıb.

Qeyd edək ki, Bankın lisenziyasının geri çağırılması anında aktivlərinin 71,4 mlrd. rubl (1,25 mlrd. ABŞ dolları), öhdəlikləri isə 189,7 mlrd. rubl (3,33 mlrd. dollar) təşkil edib. "Tatfondbank"ın müvəqqəti idarəetmə üzrə nümayəndəsi bildirib ki, Bankın mərkəzləşmiş öhdəlikləri 3 mlrd. rubl (52,6 mln. dollar), digər kredit təşkilatları qarşısında öhdəliyi isə 27 mlrd. rubl (473,7 mln. dollar) həcmindədir.

Xatırladaq ki, Rusiya Bankı "Tatfondbank"ın lisenziyasını 3 martda ləğv edib. Onun kapitalında fevral ayının 1-nə çatışmazlıq 96,7 mlrd. rubl (1,7 mlrd. dollar) təşkil edib. Bankın yüksək vəzifəli menecerlərinin həbs olunduğu bildirilir. Buna səbəb kimi Bankın vəsaitlərinin qanunsuz mənimsənilməsi faktları göstərilir.

Qeyd edək ki, "Tatfondbank" Rusiyanın aktivlərinə görə top-50 bankları siyahısında yer alıb.

Son xəbərlər

Orphus sistemi