​Rusiyanın Ehtiyat Fondunun aktivləri 12% azalıb

​Rusiyanın Ehtiyat Fondunun aktivləri 12% azalıb Ölkənin büdcə kəsirinin 70% artacağı istisna olunmur
Maliyyə
2 İyun , 2016 19:59
​Rusiyanın Ehtiyat Fondunun aktivləri 12% azalıb

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiyanın Ehtiyat Fondunun aktivləri bu ilin may ayında 11,8% azalaraq 2,55 trln. rubla (38 mlrd. ABŞ dolları) enib. 

"Report" Rusiya Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir ki, bu dövr ərzində ölkənin Milli Rifah Fondunun aktivləri 1,5% və ya 0,7 trln. rubl (1,05 mlrd. ABŞ dolları) artaraq 4,82 trln. rubla (72 mlrd. dollar) yüksəlib.

Rusiya maliyyə naziri Anton Siluanov bu il mayın 26-da çıxışında 2016-cı ildə hökümətin büdcə kəsirini örtmək üçün Ehtiyat Fondundan 2,1 trln. rubl (31,3 mlrd. dollar) vəsait götürəcəyini bildirib. 

Xatırladaq ki, Rusiyanın yanvar-aprel ayları ərzində federal büdcəsinin kəsiri 1,23 trln. rubl (18.4 mlrd. ABŞ dolları) təşkil edib. 2016-cı il büdcəsində neft qiymətlərinin orta illik qiyməti 50 dollar/barel, büdcə kəsiri 2,36 trln. rubl (35,2 mlrd. ABŞ dolları) nəzərdə tutulub. Amma, ilk 4 ayda mövcud büdcə kəsiri diqqətə alındığında ilin yekununda 4 trln. rubl (60 mlrd. ABŞ dolları) büdcə kəsiri yarana biləcəyi proqnozlaşdırılır. Bu da büdcə layihəsində nəzərdə tutulduğundan 70% çoxdur. Neft qiymətləri hazırki 50 dollar/barel səviyyəsindən aşağı düşərsə Rusiya hökümətinin büdcəyə yenidən baxacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi