Rusiyanın Ehtiyat Fondu ləğv olunub

Rusiyanın Ehtiyat Fondu ləğv olunub Neft-qaz satışından əlavə gəlirlər Milli Rifah Fondunda toplanacaq
Maliyyə
2 Yanvar , 2018 12:27
Rusiyanın Ehtiyat Fondu ləğv olunub

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiyanın Ehtiyat Fondu Milli Rifah Fonduna birləşdirilib. 

"Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı qərar 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minib. 

Ölkənin "Büdcə haqqında" qanunun yeni müddəalarına görə, bundan sonra büdcənin neft-qaz satışından əldə edilən əlavə gəlirləri Milli Rfah Fondunda toplanacaq.

Qeyd edək ki, ehtiyat və milli rifah fondları 2008-ci ildə Sabitləşdirmə Fondunun bazasında yaradılıb. Dövlət büdcəsinin gəlirlərinin kəskin azalması durumunda, Ehtiyat Fondu büdcə kəsirinin maliyyələşdirilməsi mənbəyi rolunu oynayacaqdı. Milli Rifah Fondu isə pensiya təminatı mexanizminin bir hissəsi kimi yaradılıb. 

Son xəbərlər

Orphus sistemi