Rusiyanın dövlət avroistiqrazlarına tələb 6 mlrd. dolları ötüb

Rusiyanın dövlət avroistiqrazlarına tələb 6 mlrd. dolları ötüb Büdcə qanununda 3 mlrd. ABŞ dollarına qədər borclanmağa icazə verilir
Maliyyə
20 İyun , 2017 20:09
Rusiyanın dövlət avroistiqrazlarına tələb 6 mlrd. dolları ötüb

Bakı. 20 iyun. REPORT.AZ/ Beynəlxalq bazarlara 2 tranşda təklif edilən Rusiya dövlət avroistiqrazlarına məcmu tələb 6 mlrd. ABŞ dollarını ötüb. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Rusiya avroistiqrazlarına təkliflərin qəbulu bu gün axşam bitir.

Avroistiqrazlar 4,25% gəlirliliyə sahib 10 illik və 5,25% gəlirliliyə sahib 30 illik tranşlar halında yerləşdiriləcək. 

Qeyd edək ki, Rusiyanın 2017-ci il dövlət büdcəsi haqqında qanununda xarici bazarlardan 3 mlrd. ABŞ dollarına qədər həcmdə borc almağa icazə verilir. 

Son xəbərlər

Orphus sistemi