Rusiyanın beynəlxalq ehtiyatları ötən ay 3 mlrd. dollardan çox artıb

Rusiyanın beynəlxalq ehtiyatları ötən ay 3 mlrd. dollardan çox artıb Bu rəqəm mayın 1-nə 401 mlrd. dollara çatıb
Maliyyə
10 May , 2017 17:41
Rusiyanın beynəlxalq ehtiyatları ötən ay 3 mlrd. dollardan çox artıb

Bakı. 10 may. REPORT.AZ/ Rusiyanın beynəlxalq ehtiyatları ötən ay 3,091 mlrd. ABŞ dolları artaraq bu il mayın 1-nə 400,998 mlrd. dollar təşkil edib.

Bu barədə “Report” Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir.

Xatırladaq ki, Rusiyanın ehtiyatları ötən ildən artmağa başlayıb. Bu rəqəm 2016-cı ildə 9,432 mlrd. dollar və yaxud 2,5% artaraq 368,399 mlrd. dollar olub. Halbuki, 2015-ci ildə ehtiyatların həcmində 4,5% azalma baş verib.

Son xəbərlər

Orphus sistemi