Rusiyanın 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyası təsdiq edilib

Rusiyanın 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyası təsdiq edilib Fərmanda əhalinin həyat səviyyəsinin aşağı düşməməsi üçün tədbirlər yer alıb
Maliyyə
15 May , 2017 13:14
Rusiyanın 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyası təsdiq edilib
Tass.com

Bakı. 15 may. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin ölkənin 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyasını təsdiq edib. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, strategiyada Rusiya Federasiyasına qarşı yarana biləcək iqtisadi təhlükələr, həmçinin onun qarşısının alınması üçün dövlət siyasətinin əsas istiqamətləri yer alıb.

"Cari strategiya iqtisadi təhlükəsizliyə qarşı tədbirlərin görülməsinə istiqamətlənib. Bununla yanaşı, strategiyada xammal-ehtiyat, istehsal və maliyyə sahələrində böhran hallarının aradan qaldırılması, həmçinin əhalinin həyat səviyyəsinin aşağı düşməsinin qarşısının alınması kimi tədbirlər yer alıb", - deyə dövlət başçısının müvafiq fərmanında qeyd olunur.

Son xəbərlər

Orphus sistemi