Rusiyalı nazir: "Dövlət əhalini bitkoin investisiyalarından qoruya bilməyəcək"

Rusiyalı nazir: "Dövlət əhalini bitkoin investisiyalarından qoruya bilməyəcək" İlin əvvəlindən bitkoin 4 dəfədən çox bahalaşıb
Maliyyə
27 Sentyabr , 2017 15:57
Rusiyalı nazir: Dövlət əhalini bitkoin investisiyalarından qoruya bilməyəcək
Sputnik/ Grigorij Sisojev

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Bitkoinə investisiyalar yüksək risklidir. Ona pul qoyanlar riskləri öz üzərlərinə götürməlidir. Dövlət onları qoruya bilməyəcək". 

"Report" "Rambler News Service" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib. 

"Bitkoinlə bağlı baş verənlər informasiya dalğasının təsiri ilə davam edir. İxtisaslaşmış investor olmayan insanlar təhlükə ilə üzləşə bilər. Belə ki, bitkoinin qiymət dinamikasına baxdıqda MMM səhmlərinə bənzərlik müşahidə olunur. Burada yüksək risklər var. Hökumət bu insanları qoruya bilməyəcək. İnvestorları ehtiyatlı olmağa çağırıram", - deyə M.Oreşkin sözlərinə əlavə edib.

Xatırladaq ki, bitkoinin qiyməti bu ilin əvvəlindən 4 dəfədən çox artaraq 4 055 dollara çatıb. Ötən ilin əvvəli ilə müqayisədə isə virtual kriptovalyuta 10 dəfəyə yaxın bahalaşıb. 

Son xəbərlər

Orphus sistemi