Rusiyalı ekspertlər "Bitcoin"in bu il də bahalaşacağını düşünürlər

Rusiyalı ekspertlər "Bitcoin"in bu il də bahalaşacağını düşünürlər Rusiya kriptovalyuta və blokçeyn Assosiasiyasının prezidenti isə bitkoinin hətta 100 min dollaradək bahalaşmasını mümkün sayır
Maliyyə
4 Yanvar , 2018 16:05
Rusiyalı ekspertlər Bitcoinin bu il də bahalaşacağını düşünürlər
AFP 2017/ Karen Bleier

Bakı. 4 yanvar. REPORT.AZ/ Rusiyalı ekspertər dünyanın ən məşhur kriptovalyutası - "Bitcoin"in qiymətindəki artımın 2017-ci ilə nisbətən daha yavaş olsa da, 2018-ci ildə də davam edəcəyini proqnozlaşdırırlar. "Bitcoin"in 2017-ci ildə 20 dəfə artaraq 20 min dollar həddini test etdiyini deyən mütəxəssislər 2018-ci ildə 3-4 dəfə artımın mümkün olacağını düşünürlər.

“Report” bu barədə "RİA-Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, bitkoinin qiyməti 2017-ci ilə 926,3 dollar həddindən başlayıb və il ərzində, təxminən, 47 dəfə artıb.

“2017-ci il bitkoin üçün rekordlar ili olub. Bitkoin qiymətinin 2018-ci ildə də artmağa davam edəcəyini və 50 min dollar səviyyəsinə çatacağını düşünürəm”, - deyə “Prime Capital” investisiya şirkətinin vitse-prezidenti Svetlana İvanova bildirib.

“Brave New Coin”in analitiki Coş Olşeviç (Josh Olszewicz) və Rusiyadakı “Waves Platform”un mətbuat katibi  Qleb Kostaryev də 50 min dollar proqnozunu verib. Qleb Kostaryevin sözlərinə görə, 2017-ci ildə müşahidə olunan 20 dəfə artımın 2018-ci ildə təkrarlanması az ehtimal olunur.

Rusiya kriptovalyuta və blokçeyn Assosiasiyasının prezidenti Yuri Pripaçkin də 2018-ci ildə bitkoinin 3-5 dəfə bahalaşacağını proqnozlaşdırır. Onun sözlərinə görə, hətta bitkoin 100 min dollaradək də bahalaşa bilər.

“Bitkoinlə bağlı müxtəlif fikirlər var. Bir sıra iqtisadçılar əmindirlər ki, 2018-ci ildə 60 min dollaradək artacaq, digərləri isə bunun əksini düşünürlər. 2018-ci ildə bitkoin ucuzlaşacaq, 2019-cu ilin əvvəlinə 1 min dollaradək enəcək. Biz, əsasən, optimist fikri dəstəkləyirik”, - deyə “Alpari” şirkətinin Analitika departamentinin direktor müavini Natalia Milçakova bildirib.

Son xəbərlər

Orphus sistemi