Rusiyadan qeyri-qanuni çıxarılan pulun həcmi kəskin azalıb

Rusiyadan qeyri-qanuni çıxarılan pulun həcmi kəskin azalıb Bu barədə Rusiya Bankının sədr müavini Dmitri Skobelkin məlumat verib
Maliyyə
21 Aprel , 2017 15:12
Rusiyadan qeyri-qanuni çıxarılan pulun həcmi kəskin azalıb

Bakı. 21 aprel. REPORT.AZ/ Rusiyadan həm bank köçürmələri yolu ilə, həm də nağd şəkildə çıxarılan pulun həcmi azalıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank) sədr müavini Dmitri Skobelkin məlumat verib.

Onun sözlərinə görə, 2015-ci ildə Rusiyadan banklar vasitəsilə qeyri-qanuni 500 mlrd. rubl (15 mln. manat) vəsait çıxarıldığı halda, 2016-cı ildə bu rəqəm 2,7 dəfə az – 180 mlrd. rubl (5,4 mln. manat) olub. Ötən il nağd şəkildə ölkədən çıxarılmış pulun həcmi isə 520 mlrd. rubl  (15,6 mln. manat) təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 13% azdır.

Hökumət rəsmisi vurğulayıb ki, hazırda ölkədən pul çıxarılması əsasən 4 kredit təşkilatının vasitəçiliyi ilə həyata keçirilir. Bir neçə il bundan əvvəl isə bu proses 160-a yaxın maliyyə qurumunu əhatə edib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Bankının sədri Elvira Nabiullina bəyan edib ki, son illər ölkədən qeyri-qanuni pul çıxarılması 9 dəfə azalıb. 

Son xəbərlər

Orphus sistemi