Rusiyada yoxsullaşma davam edir

Rusiyada yoxsullaşma davam edir Əhalinin real gəlirləri azalır
Maliyyə
19 Aprel , 2017 18:29
Rusiyada yoxsullaşma davam edir

Bakı. 19 aprel. REPORT.AZ/ Rusiya vətəndaşlarının yaşayış səviyyəsi azalmaqda davam edir. 

"Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın statistika idarəsi "Rosstat"ın göstəricilərinə əsaslanaraq verilib. Belə ki, "Rosstat"ın məlumatına görə, əhalinin sərəncamında olan real gəlirlər mart ayında daha 2,5% azalıb.

Ümumiyyətlə, əhalinin real gəlirlərində azalma 28 ardıcıl aydır davam edir. Bu, demək olar ki, antirekord sayılır. 

Xatırladaq ki, bu rəsmi statistikadır. Əslində isə, mağazalarda qiymətlər inflyasiya göstəricisindən daha sürətlə artır.

Əhalinin sərəncamında olan real gəlirlər- əhalinin məcburi öhdəlikləri istisna olmaqla geridə qalan vəsaitin inflyasiya çıxıldıqdan sonra qalan hissəsidir.

Mütəxəssislər Rusiya iqtisadiyyatının hələ də diversifikasiya ola bilmədiyini, neft gəlirlərinin məcmu gəlirlərdə payının 50%-dən yüksək olduğunu bildirirlər. Bununla yanaşı, dövlətin biznesdə payı getdikcə artır və hazırda 70%-ə yaxındır. Ölkədə müxtəlif yoxlamalar və dolaylı vergilərin çəkisi yüksəlir. Nəticədə büdcə kəsirinin yükü əhalinin üzərinə yüklənir. 

Son xəbərlər

Orphus sistemi