Rusiyada yeni əsginasların təqdimatı keçirilib

Rusiyada yeni əsginasların təqdimatı keçirilib Onların istehsalında xüsusi polimerdən istifadə edilib
Maliyyə
12 Oktyabr , 2017 11:10
Rusiyada yeni əsginasların təqdimatı keçirilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün yeni 200 və 2 000 rubl nominallı əsginasları təqdim edib. "Report" "Vesti.ru" saytına istinadən xəbər verir ki, yeni əsginasların dizaynı ümumrusiya müsabiqəsində seçilib. Müsabiqədə Uzaq Şərq və Sevastopolun təsvirləri qalib gəlib. 2 000 rubl nominallı əsginasda "Russkiy" adasında olan körpü və "Vostoçnıy" kosmodromu, 200 rubl nominallı əsginasda isə "Xersones Tavriçeskiy" və batan gəmilərin xatirəsi əks ediləcək.

Əsginaslar bu il tədavülə buraxılacaq. "Interfax" agentliyinin verdiyi məlumata görə, əsginasların istehsalında yeni texnologiyalardan istifadə olunub. Onların tədavül müddətini uzatmaq üçün xüsusi polimerdən istifadə edilib.

Son xəbərlər

Orphus sistemi