Rusiyada yeni əsginasların dizaynı təsdiqlənib

Rusiyada yeni əsginasların dizaynı təsdiqlənib Qalib simvollar ümumrusiya səsverməsi ilə müəyyənləşib
Maliyyə
1 Fevral , 2017 14:15
Rusiyada yeni əsginasların dizaynı təsdiqlənib

Bakı. 1 fevral. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) 200 və 2 000 rubl nomimallı yeni əsginasların dizaynını təsdiq edib. 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, 200 rubl nominallı əsginasın üzərində Sevastopol şəhərinin simvolları, 2 000 rubl nominallı əsginasın üzərində isə Uzaq Şərqin məşhur yerləri əks olunacaq. 

Rusiya Bankının məlumatına əsasən, əsginaslar artıq 2017-ci ildə tədavülə buraxılacaq. 

Qeyd edək ki, dizayn üçün simvolların seçilməsi üzrə müsabiqə 2016-cı ilin iyun-oktyabr aylarında keçirilib. Müsabiqənin son mərhələsində qaliblər ümumrusiya səsverməsi yolu ilə müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi