Rusiyada vergi borcu olan sahibkarların bank hesabları dondurulacaq

Rusiyada vergi borcu olan sahibkarların bank hesabları dondurulacaq Rusiya Mərkəzi Bankı (RMB) vergi borcları olan sahibkarların fərdi bank hesablarının dondurulmasını doğru hesab edir.
Maliyyə
18 Sentyabr , 2019 17:04
Rusiyada vergi borcu olan sahibkarların bank hesabları dondurulacaq

Rusiya Mərkəzi Bankı (RMB) vergi borcları olan sahibkarların fərdi bank hesablarının dondurulmasını doğru hesab edir.

“Report” “Komersant”a istinadən xəbər verir ki, belə hallarda sahibkarın bütün əmlakı ilə məsuliyyət daşımalı olduğu qənaətində olan RMB Konstitusiya Məhkəməsinin də şəxsi və sahibkarlıq əmlakının fərqlənməməsinə dair üç dəfə təsdiqləmə verdiyini xatırladıb.

Rusiya Federal Vergi Xidməti tərəfindən bu ilin yayında banklara sahibkarların fərdi hesablarının dondurulmasına dair çoxlu tələbnamələr verildiyi, bu tələbnanmələrin bir çox banklar tərəfindən rədd edildiyi də bildirilir.

Son xəbərlər

Orphus sistemi