​Rusiyada valyuta mübadiləsi qaydaları sadələşdirilib

​Rusiyada valyuta mübadiləsi qaydaları sadələşdirilib İyunun 29-da ölkənin Federasiya Şurası qanunu təsdiqləyib
Maliyyə
4 İyul , 2016 17:33
​Rusiyada valyuta mübadiləsi qaydaları sadələşdirilib

Bakı. 4 iyul. REPORT.AZ/ Rusiyada bundan sonra 40 min rubla qədər ekvivalentdə xarici valyutanın mübadiləsi pasportsuz həyata keçiriləcək. 

"Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, prezident Vladimir Putin bununla bağlı Rusiya Dövlət Dumasının ötən ay qəbul etdiyi qanunu imzalayıb.

Xatırladaq ki, sözügedən sənədi Rusiya Dövlət Duması iyunun 15-də qəbul edib. İyunun 29-da isə ölkənin Federasiya Şurası qanunu təsdiqləyib.

Yeni qanun həmçinin 100 min rublsa qədər ekvivalentdə xarici valyutanın alqı-satqı prosedurlarının sadələşdirilməsini nəzərdə tutur. Valyuta mübadiləsi qaydalarının dəyişdirilməsində məqsəd bankların əməliyyat yükünü və xərclərini azaltmaqdır. 

Son xəbərlər

Orphus sistemi