Yuxarı

​Rusiyada üç bankın lisenziyası ləğv edilib

Bəzi banklar çirkli pulların leqallaşdırılmasında iştirak edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Moskvadakı "EuroExBank" (Avropa Ekspress), Ufadakı "BankPS" (ödəmə xidmətləri bankı) və Ulyanovsk vilayətinin "Simbirsk Bank"ı bank əməliyyatlarının aparılması ilə bağlı lisenziyalarını itirib. "Report"un məlumatına görə, Rusiya Mərkəzi Bankının qərarına əsasən, bu qurumlara müvəqqəti administrasiya təyin edilib.

Xatırladaq ki, "Çirkli pulların leqallaşdırılmasına (yuyulması) qarşı müqavimət haqqında" Federal Qanuna əsasən, hələ 1 il öncə "EuroExBank"a xəbərdarlıq edilib. "EuroExBank" terror təşkilatının gəlirlərini leqallaşdırmaqda ittiham edilir və onların sayəsində ölkə xaricinə böyük məbləğdə nağd vəsait çıxarılıb", - deyə Mərkəzi Bankın yaydığı açıqlamada qeyd edilib.

Mərkəzi Bankın "Simbirsk Bank"ı ilə bağlı açıqlamasında isə qeyd edilir ki, bank yüksək riskli kredit əməliyyatları aparır, kreditorların və əmanətçilərin öhdəliklərinin yerinə yetirilməsində problemlər var. Bank rəhbərliyi isə öz vəziyyətlərini normallaşdırmaq üçün çalışır.

"BankPS"in kreditorların tələblərini ödəyə bilmədiyini və riskləri qarşılaya biləcək ehtiyatların yetərsiz olduğunu deyən Mərkəzi Bank qərarın bu səbəbdən verildiyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi