Yuxarı

​Rusiyada istehlakçı etimadı indeksi tarixi minimuma enib

Yaxın vaxtlarda bu göstəricinin artması gözlənilmir

Bakı. 29 aprel. REPORT.AZ/ Bu ilin ilk rübündə Rusiyada istehlakçı etimadı indeksi (Nielsen) 11 illik müşahidə tarixi ərzində ən aşağı səviyyəyə enib. "Report"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, icbari ödənişlər və əsas ehtiyac xərclərinin ödənilməsindən sonra əhalinin 82%-də sərbəst vəsait qalıb. Belə ki, 2009-cu ilin böhranı zamanı bu göstərici 93-96% olub. 

Cari ilin ilk rübündə qənaət edən rusiyalıların sayı 76%-ə yüksəlib. "Nielsen" istehlakçı etimadı indeksinə əsasən, əhalinin 61%-i geyimin alınmasından imtina edib (ötən il - 55%). Elektronika mallarında qənaət edənlər 45%, ərzaq mallarında isə 52% olub.

"İnfoline-Analitika" agentliyiyn rəhbəri Mixail Burmistrovun fikrincə, alıcılar öz istehlak strategiyasını korrektə edirlər. Onlar hətta mağazaların seçiminə daha diqqətlə yanaşmağa başlayıblar. Ali İqtisadiyyat Məktəbinin (VŞE) iqtisadi sosiologiya kafedrasının dosenti Dilarə İbrahimova istehlakçı etimadı indeksinin mövsümi amillərlə əlaqədar II rübdə yüksələ biləcəyini, lakin yaxın zamanda ciddi müsbət dəyişikliyin baş verməyəcəyini bildirib. Onun fikrincə, real gəlirlərin azalması istehlakçı fəallığını daha da aşağı salacaq.

Qeyd edək ki, eyniadlı indeksi tərtib edən "Nielsen" - mərkəzi Nyu-Yorkda yerləşən ABŞ-ın aparıcı açıq sosioloji marketinq şirkətidir və 100-dən çox ölkədə fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi