Rusiyada iqtisadi geriləmə zəifləyir

Rusiyada iqtisadi geriləmə zəifləyir Bu ilin III rübündə ÜDM illik müqayisədə 0,4% azalıb
Maliyyə
14 Noyabr , 2016 17:30
Rusiyada iqtisadi geriləmə zəifləyir

Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiya iqtisadiyyatındakı azalma 2016-cı ilin III rübündə illik müqayisədə 0,4% təşkil edib. "Report"un "Kommersant" saytına istinadən xəbər verir ki, bu barədə açıqlama Rusiya Statistika Komitəsi tərəfindən verilib. 

Qeyd edək ki, Komitənin göstəriciləri daha öncə İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən açıqlanan rəqəmlərlə üst-üstə düşüb. Rusiya ÜDM-i 2016-cı ilin ilk rübündə 1,2%, II rübdə isə 0,6% azalma göstərib.

Xatırladaq ki, İİN Rusiya iqtisadiyyatının IV rübdə artım göstərəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi