Yuxarı
    Bağlamaq

    Rusiyada insan həyatına 1,2 mln. dollar qiymət qoyulub

    Bu, dünya üzrə orta göstəricidən 2 dəfə azdır

    Bakı. 27 iyun. REPORT.AZ/ Rusiya hökuməti yanında Maliyyə Universitetininin analitikləri dövlətə məxsus sığorta şirkətinin (“Rosqosstrax”) əməkdaşları ilə birgə apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər ki, Rusiya vətəndaşının həyatının dəyəri orta hesabla 1,2 mln. dollardır.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu rəqəm 2016-cı ildə baş vermiş yol nəqliyyat hadisələri zamanı, eləcə də istehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirən insanlara ödənilmiş kompensasiyaların məbləği əsasında ortaya çıxıb.

    Rusiyada insan həyatının dəyəri 2015-ci il üzrə də hesablanmışdı və o zaman sözügedən göstəricinin 624 min dollar olduğu üzə çıxmışdı. Başqa sözlə, ötən il Rusiya vətəndaşlarının həyatı 2 dəfəyə yaxın qiymətə minib. Bununla belə, Rusiyada insan həyatı dünya üzrə orta göstəricidən (2,6 mln. dollardır) xeyli geri qalır.

    Araşdırmanın rəhbəri, Maliyyə Universitetinin prorektoru Aleksey Zubes hesab edir ki, Rusiya vətəndaşlarının “dəyərinin artması” ölkənin əmək bazasında vəziyyətin yaxşılaşması, əmək haqlarının yüksəlməsi, iqtisadi böhranın nəticələrinin az ağır olması ilə əlaqədardır. Analitiklər onu da bildirir ki, Rusiyada “ən bahalı insanlar” ən gənc, ən savadlı və ən zəngin vətəndaşlardır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi