Rusiyada ilk dəfə video bağlantılı bankomatlar quraşdırılıb

Rusiyada ilk dəfə video bağlantılı bankomatlar quraşdırılıb Rusiyanın Azərbaycanda da törəməsi olan VTB Bank video bağlantı imkanına malik yeni bankomatlarını təqdim edib.
Maliyyə
17 Yanvar , 2020 18:28
Rusiyada ilk dəfə video bağlantılı bankomatlar quraşdırılıb

Rusiyanın Azərbaycanda da törəməsi olan "VTB Bank" video bağlantı imkanına malik yeni bankomatlarını təqdim edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bankomatlar paytaxt Moskvadakı 2 filialda quraşdırılıb. 

Müştərilər onların vasitəsilə videoməsləhətlər ala bilər, "bir pəncərə” prinsipi ilə təqdim edilən xidmətlərdən istifadə edə bilərlər. Bankomatların sınaq müddəti başa çatdıqdan sonra onlarla göstərilən xidmətlərin sayı artırılacaq. Belə ki, ofis menecerlərinin göstərdiyi xidmətlərin 90%-nin həmin bankomatlara əlavə edilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi