​Rusiyada dollarla kredit götürənlərə yardım ediləcək

​Rusiyada dollarla kredit götürənlərə yardım ediləcək Bunun üçün hökumət 4,5 mlrd. rubl vəsait ayırıb
Maliyyə
29 Yanvar , 2016 14:05
​Rusiyada dollarla kredit götürənlərə yardım ediləcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiya hökuməti xarici valyutada ipoteka krediti götürən və maliyyə vəziyyəti pisləşən vətəndaşlara yardım etməyi planlaşdırır. Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedyev açıqlama verib. 

Hökumət başçısı açıqlamasında qeyd edib ki, xarici valyutada ipoteka krediti götürən və çətin vəziyyətdə olan vətəndaşlara köməklə bağlı xüsusi proqram işə salınıb və bunun üçün 4,5 mlrd. rubl və ya 60 mln. dollar vəsait ayrılıb. "Report"un "TASS"a istinadən verdiyi xəbərə görə, Rusiya Tikinti Nazirliyi hökumətin antiböhran proqramına xarici valyutada ipoteka krediti götürən vətəndaşlara kömək proqramına bununla bağlı təklif daxil edib. Xəbərə əsasən, yardım ipoteka krediti götürənlərin bir neçə kateqoriyadan olan təbəqəsini əhatə edəcək. Qeyd edək ki, Rusiya Dumasının dünənki iclasında deputatlardan biri baş nazir D.Medvedyevə müraciət edərək xarici valyutada ipoteka götürənlərin köhnə məzənnə ilə ödəniş etməsi üçün müraciət edib.

Qeyd edək ki, dünən Moskvada 100-ə yaxın kreditalan "Unicredit Bank"ın baş ofisinə girmək istəyib. Onların tələbi ipoteka kreditlərinin yenidən hesablanması ilə bağlı olub. Bir gün əvvəl isə "Delta Kredit" bankının 300-ə yaxın müştərisi Moskvada Bankın mərkəzi ofisinin önündə piket keçirib.

Son xəbərlər

Orphus sistemi