Yuxarı
    Bağlamaq

    Rusiyada dollar 60 rubl həddini ötüb

    Proqnoz: Dolların məzənnəsi bu il 57-63 rubl diapazonunda hərəkət edəcək

    Bakı. 21 iyun. REPORT.AZ/ Rusiyanın nağd valyuta bazarında son günlər sürətlə bahalaşan ABŞ dollarının məzənnəsi bu gün kritik hədd - 60 rublu ötüb. 

    "Report" xəbər verir ki, Rusiyada dolların məzənnəsinin artmasına səbəb son günlər qlobal bazarda neft qiymətlərinin azalması, ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsi və xarici portfel investisiyalarının tədricən Rusiya maliyyə bazarlarından çıxması amilləri göstərilir. 

    "Report"un analitik qrupu bildirir ki, Rusiyada dolların 62-63 rubla qədər bahalaşması, ilin sonuna qədər isə 57-63 rubl diapazonunda hərəkət etməsi gözlənilir. Qeyd edək ki, bu il Rusiyada dolların məzənnəsinin minimal həddi 55,72 rubl təşkil edib. Maksimal həddə isə ilin ilk iş günü - 61,2864 rubl səviyyəsində qeydə alınıb. Hazırda dollar nağd valyuta bazarında 60,1511 rubla satılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi