Yuxarı

Rusiyada Çini dünya iqtisadiyyatı üçün ən böyük problem hesab edirlər

Çin iqtisadiyyatı transformasiya olunur

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Rusiya və ümumiyyətlə dünya iqtisadiyyatı üçün Çindəki iqtisadi vəziyyəti ən böyük xarici risk amili hesab edirəm".

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Mərkəzi Bankının (RMB) sədri Elvira Nabiullina paytaxt Moskvada keçirilən maliyyə forumunda verib. 

Onun sözlərinə görə, Çin iqtisadiyyatı uzun müddət dünyadakı iqtisadi artımın aparıcı qüvvəsi olub. Hazırda isə bu ölkənin ümumi daxili məhsulundakı (ÜDM) artım tempinin zəifləməsi dünya iqitisadiyaytına, eləcə də Rusiyada mənfi təsir göstərir: "Bu, həmçinin neftin qiymətinin aşağı düşməsinə gətirib çıxarır".

Bununla belə, RMB rəhbəri deyib ki, Çin iqtisadiyyatı hazırda struktur dəyişikliyi mərhələsinə daxil olub: "Bu ölkə ixracyönümlü iqtisadi inkişaf modelini daxili istehlak və xidmət sahəsinə istiqamətləndirir. Bu isə daha az xammal ehtiyacı olan sahələrdir".

E. Nabiullina Çin iqtisadiyyatındakı dəyişikliklərin dünya maliyyə bazarları tərəfindən çətin və əsəbi qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda maliyyə bazarları Çin iqtisadiyyatının transformasiyasının son nəticələrini görmək istəyir: "Hələ ki, Çin höküməti ölkə iqtisadiyyatında baş verənləri yumşaq şəkildə idarə edə bilir. Lakin maliyyə bazarları Çindəki vəziyyəti diqqət mərkəzində saxlamağa davam edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi