​Rusiyada bir neçə bank və sığorta şirkəti bağlanıb

​Rusiyada bir neçə bank və sığorta şirkəti bağlanıb Buna səbəb onların qanunvericiliyə əməl etməməsidir
Maliyyə
5 Avqust , 2016 14:40
​Rusiyada bir neçə bank və sığorta şirkəti bağlanıb

Bakı. 5 avqust. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) ölkədəki iki kommersiya bankının lisenziyasını ləğv edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət Voloqod vilayətində fəaliyyət göstərən "Promenerqobank" və Sankt-Peterburqdakı "Konstans-Bank"dan gedir.

RMB öz qərarını kredit təşkilatlarının bank fəaliyyətini tənzimləyən federal qanunlara, eləcə də özünün normativ aktlarına əməl etməməsi ilə izah edib. Qurumun mütəxəssislərinin gəldiyi qənaətə görə, "Promenerqobank"da kreditorların və əmanətçilərin maraqları zərbə altında olub. Bank yüksək riskli müştərilərə kredit verib, vəsaitlərini aşağı keyfiyyətli aktivlərə yerləşdirib. "Konstant-Bank"ın kassalarında isə nağd pul çatışmazlığı olub, bank kapitalının bir hissəsini itirib, şübhəli tranzit əməliyyatlarında iştirakçı olub.

RMB, həmçinin sığorta bazarının 3 iştirakçısının lisenziyasını ləğv edib. Bu, "Sviss-Qarant", "Belokamennaya" və "PRO-Polis" sığorta şirkətləridir. Onların lisenziyadan məhrum edilməsi sığorta qanunvericiliyinə əməl etməməsi, o cümlədən sığorta ehtiyatları ilə bağlı investisiya siyasətində nöqsanlara yol verməsi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi