​Rusiyada banklara olan borc 215 mlrd. dollara çatıb

​Rusiyada banklara olan borc 215 mlrd. dollara çatıb Azərbaycanda isə müştərilərin banklara borcu 17 mlrd. dolları üstələyib
Maliyyə
28 May , 2015 11:30
​Rusiyada banklara olan borc 215 mlrd. dollara çatıb

Bakı. 28 may. REPORT.AZ/ Rusiyada müştərilərin kommersiya banklarına olan kredit borcunun ümumi həcmi 2015-ci il mayın 1-nə 10,8 trln. rubl (təxminən 215 mlrd. ABŞ dolları) təşkil edıb. "Report" xəbər verir ki, bunu "Rossiya 24" telekanalına müsahibəsində Mərkəzi Bankın sədr müavini Vasiliy Pozdışev açıqlayıb.

V.Pozdışev qeyd edib ki, borcun 3,6 trln. rublu (72 mlrd. dollar) ipoteka borcu, 6 trln. rublu (120 mlrd. dollar) zəmanətsiz istehlak kreditlərinin payına düşür. Bunun qalanı isə biznes sektoruna ayrılan kreditlərlə bağlıdır. Vaxtı keçmiş istehlak kreditləri 14,2%, ipoteka kreditləri isə 14% təşkil edib.

Kreditlərin ÜDM-ə nisbəti mayın 1-nə 16,7% olub. V.Pozdışev əlavə edib ki, Rusiya kreditlərin ÜDM-ə nisbəti əmsalına görə digər ölkələrlə müqayisədə daha az riskli zonada yerləşir. Qazaxıstanda bu əmsal 12%, Braziliyada isə 22% təşkil edir. Müqayisə üçün bildirək ki, bu əmsal Polşada 35%, Almaniyada 54%, ABŞ-da isə 80%-dir.

Qeyd edək ki, 2014-cü ildə Rusiyanın ilk 10 böyük şirkətinin valyuta dalğalanmalarından və bazar konyunkturundan zərəri 317 mlrd. rubl (6,3 mlrd.dollar) olub.

Məlumat üçün qeyd edək ki, 2015-ci il yanvarın 1-nə Azərbaycanda əhalinin banklara məcmu borcu 18,268 mlrd. manat (17,4 mlrd. dollar), kreditlərin ÜDM-ə nisbəti isə 31% təşkil edib.

Son xəbərlər

Orphus sistemi