​Rusiyada banklar müflisləşmədən yeni qaydada xilas ediləcək

​Rusiyada banklar müflisləşmədən yeni qaydada xilas ediləcək Kommersiya banklarının sanasiyasına dair qaydalar dəyişdirilə bilər
Maliyyə
30 İyun , 2016 17:33
​Rusiyada banklar müflisləşmədən yeni qaydada xilas ediləcək

Bakı. 30 iyun. REPORT.AZ/ Rusiyada bankların sanasiyasına (sağlamlaşdırma tədbirləri) dair qaydalar dəyişdirilə bilər. 

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib.

Onun sözlərinə görə, bu ilin payızında Dövlət Dumasına dəyişikliklərlə bağlı qanun layihəsi təqdim ediləcək: "Mərkəzi Bank təkcə əsas maliyyələşdirmə mənbəyi kimi deyil, həm də bu prosesin əsas təşkilatçısı kimi sanasiyanın məhsuldarlığı üçün üzərinə böyük məsuliyyət götürməyə hazırdır".

E.Nabiullina qeyd edib ki, yeni qanun layihəsi ödəniş qabiliyyəti bərpa edilməsi nəzərdə tutulan bankların konsolidasiyası üçün xüsusi fondun yaradılmasını nəzərdə tutur. Bankların sanasiyası ilə isə xüsusi yaradılmış şirkət məşğul ola bilər.

"Bankların maliyyə sabitliyinin bərpası Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək. Onlar üçün əlavə kapitallaşma məsələsi dərhal, təxirə salınmadan həll olunacaq. Zərurət yaranarsa, maliyyə çətinlikləri yaşayan bankların yenidən təşkil edilməsinə və birləşdirilməsinə də baxıla bilər", - deyə Rusiyanın baş bankiri bildirib.

Onun sözlərinə görə, sanasiyadan sonra banklar maliyyə vəziyyəti qənaətbəxş olmaqla satışa çıxarılacaq. Yeni modelə keçid sanasiya prosesini daha ucuz, operativ və effektiv edəcək.

Son xəbərlər

Orphus sistemi