Yuxarı
    Bağlamaq

    Rusiyada banklar iki qrupa bölünəcək

    Bakı. 3 yanvar. REPORT.AZ/ Bu ildən Rusiyada fəaliyyət göstərən banklar malik olduqları kapitalın məbləğinə görə iki qrupa bölünəcək.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu iş Rusiya Bankının (Mərkəzi Bank) ölkədə çoxsəviyyəli bank sisteminin yaradılmasına dair ötən il müəyyən etdiyi plana uyğun olaraq həyata keçiriləcək və ilin sonuna qədər yekunlaşdırılacaq.

    Plana əsasən, kapitalı azı 300 mln. rubl (təxminən 9 mln. manat) qədər olan banklara baza lisenziyalı kredit təşkilatı, kapitalı azı 1 mlrd. rubl (təxminən 30 mln. manat) olan banklara isə universal bank statusu veriləcək. Bununla belə, banklar gələcəkdə kapitalın məbləğindən asılı olaraq statuslarını dəyişə biləcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi