Yuxarı

Rusiyada bank girovlarını Mərkəzi Bank qiymətləndirəcək

Bu məqsədlə ayrıca departament yaradılır

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankında (RMB) kredit müqabilində girov qoyulmuş əmlakların qiymətləndirilməsi ilə məşğul olacaq yeni departament yaradılır. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Departament bank fəaliyyətinə nəzarət sahəsində aparılan islahatlar çərçivəsində təşkil olunur.

Hazırda yeni departamentin işçi heyəti formalaşdırılır. Bank girovlarının qiymətləndirilməsi ilə təxminən 300 nəfərin məşğul olması nəzərdə tutulub.

Xatırladaq ki, bununla bağlı ilk dəfə RMB-nin sədr müavini Aleksey Simonovski bu ilin fevralında açıqlama verib. Mərkəzi Bank rəsmisi ayrıca departamentin yaradılmasını bank risklərinin qiymətləndirilməsi zərurəti ilə izah edib.

RMB-də hesab edirlər ki, bəzən bank girovları real dəyərindən yüksək qiymətləndirilir və kredit riskini artırır. Bank isə risklərə adekvat ehtiyatlar yaratmır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi