Rusiyada bank əmanətçilərinin vahid reyestri yaradıla bilər

Rusiyada bank əmanətçilərinin vahid reyestri yaradıla bilər Bu ideya bankların balansarxası öhdəliklərinə qarşı mübarizə aparmağa hesablanıb
Maliyyə
23 May , 2017 20:17
Rusiyada bank əmanətçilərinin vahid reyestri yaradıla bilər

Bakı. 23 may. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) əmanətçilərin vahid reyestrinin yaradılması imkanlarını nəzərdən keçirir.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun sədr müavini Dmitriy Tulin məlumat verib.

Onun sözlərinə görə, bu ideya bankların balansarxası öhdəliklərinə qarşı mübarizə aparmağa hesablanıb və maxinasiya risklərini azaldacaq.

Xatırladaq ki, bir qədər əvvəl D.Tulin bəyan edib ki, bankların balansarxası öhdəliklərinə görə Cinayət Məcəlləsində ayrıca maddə olacaq.

Son xəbərlər

Orphus sistemi