Rusiya vətəndaşlarının real gəlirləri 31 aydır ki, azalır

Rusiya vətəndaşlarının real gəlirləri 31 aydır ki, azalır Son 3 ildə əhalinin real gəlirləri 19% azalıb
Maliyyə
1 Avqust , 2017 15:28
Rusiya vətəndaşlarının real gəlirləri 31 aydır ki, azalır

Bakı. 1 avqust. REPORT.AZ/ Rusiya əhalisinin real gəlirləri 2014-cü ilin oktyabr ayından etibarən 19,2% azalıb. 

"Report" "Rambler News Service" agentliyinə istinadən xəbər verir ki, 2017-ci ilin may ayı qonşu ölkə vətəndaşlarının real gəlirlərinin ardıcıl azaldığı 31-ci ay olub. 

Bu barədə Rusiya Elmi-Tədqiqat İnstitutunun ali iqtisadiyyat məktəbinin Sosial Siyasət İnstitutunun hazırladığı "Rusiya əhalisi 2017-ci il: Gəlirlər, xərclər və sosial vəziyyət" adlı hesabatda məlumat verilib. Sənədə əsasən, bu ilin yanvar-may aylarında əhalinin real gəlirləri illik müqayisədə 1,8% azalıb. Bununla yanaşı 5 ay ərzində orta aylıq əmək haqqı illik müqayisədə 2,9% artım göstərib və 40 640 rubla (1 154 manata) çatıb.

Son xəbərlər

Orphus sistemi