Rusiya vətəndaşlarının kredit öhdəliyi 23% artıb

Rusiya vətəndaşlarının kredit öhdəliyi 23% artıb Rusiya vətəndaşlarının kredit borcu onların orta hesabla 11 aylıq əməkhaqqı qədərdir.
Maliyyə
17 İyul , 2019 16:43
Rusiya vətəndaşlarının kredit öhdəliyi 23% artıb

Rusiya vətəndaşlarının kredit borcu onların orta hesabla 11 aylıq əməkhaqqı qədərdir. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, sorğu nəticəsində məlum olub. 

Sorğunun təşkilatçıları onu da üzə çıxarıb ki, Rusiyada kredit öhdəliyi olan 2,3 milyon nəfər ödəniş etdikdən sonra minimum əmək haqqı ilə kifayətlənir. Kredit borcuna görə ölkə əhalisinin 10%-i yoxsulluq həddində yaşayır. 

Son 1 ildə Rusiyada əhaliyə verilən kreditlər 23% və ya 16 trilyon rubl artıb. Hazırda ölkədə iqtisadi aktiv əhalinin 75%-nin kredit öhdəliyi var.

Son xəbərlər

Orphus sistemi