Rusiya vətəndaşlarının kredit borcları 220 mlrd. dollara çatıb

Rusiya vətəndaşlarının kredit borcları 220 mlrd. dollara çatıb Bakı. 31 yanvar.   REPORT.AZ/ 2017-ci ildə Rusiya banklarının kredit portfeli 9% artaraq 12,5 trln. rubla (təxminən, 220 mlrd. ABŞ dolları) çatıb. 
Maliyyə
31 Yanvar , 2018 17:02
Rusiya vətəndaşlarının kredit borcları 220 mlrd. dollara çatıb

Bakı. 31 yanvar.   REPORT.AZ/ 2017-ci ildə Rusiya banklarının kredit portfeli 9% artaraq 12,5 trln. rubla (təxminən, 220 mlrd. ABŞ dolları) çatıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Birləşmiş Kredit Bürosu məlumat yayıb. 

Məlumatda həmçinin bildirilir ki, ötən il götürülmüş yeni kreditlərin ümumi məbləği əvvəlki illə müqayisədə 37% artaraq 5,7 trln. rubl (təxminən, 100 mlrd. dollar) təşkil edib. Hesabat dövründə kreditlərin sayı 12% artaraq 34,8 mln. ədədə, kredit kartlarının sayı isə 8% artaraq 8,65 mln. ədədə çatıb. Kartların limiti 544,5 mlrd. rubl (təxminən, 10 mlrd. dollar) təşkil edib.

Son nəticədə Rusiyada kreditlərin ümumi daxili məhsula nisbəti 13,9% olub. Xatırladaq ki, Azərbaycanda bu göstərici 17%-ə yaxındır.

Son xəbərlər

Orphus sistemi