Rusiya vətəndaşlarının 44%-i ölkədə bank böhranı gözləyir

Rusiya vətəndaşlarının 44%-i ölkədə bank böhranı gözləyir Respondentlərin yalnız 4%-i böhranın ola biləcəyini istisna edir
Maliyyə
18 Sentyabr , 2017 12:52
Rusiya vətəndaşlarının 44%-i ölkədə bank böhranı gözləyir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Rusiyada keçirilmiş sosial sorğu nəticəsində məlum olub ki, vətəndaşların 29%-i ölkədə bank böhranı gözləyir, 15%-i isə böhranın artıq başladığı qənaətindədir.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Sorğuda iştirak edənlərin 36%-i bankların böhranla üzləşmə ehtimalının az olduğunu bildirib, 4% respondent isə ümumiyyətlə böhranın ola biləcəyini istisna edir.

Sorğu nəticəsində o da üzə çıxıb ki, rusların 67%-i bir sıra bankların lisenziyasının ləğv edilməsindən xəbərdardır, 14% respondent isə bank sektorundakı vəziyyətlə daha detallı tanışdır.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın maliyyə nazirinin müavini Aleksey Moiseyev bəyan edib ki, ölkənin bank sistemində risk yoxdur və banklar stabil şəkildə fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi