Yuxarı

Rusiya valyuta əməliyyatlarına nəzarəti sərtləşdirir

Rusiyada 15 min rubldan artıq məbləğdə valyuta alanlar xüsusi anket dolduracaqlar

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankının göstərişi ilə bundan sonra 15 min rubldan (211 dollar) artıq dəyərdə xarici valyutanın alışı və satışı zamanı müştərilərindən pasportdan başqa digər anket məlumatları da tələb olunacaq. Qərar dekabrın 27-dən qüvvəyə minir.

"Report" xəbər verir ki, bundan əvvəl analoji tələb 600 min rubldan (təxminən 19 min dollar) artıq məbləğdə valyutanın alış-satışı zamanı irəli sürülüb.

Bank işçiləri və valyutadəyişmə məntəqələrinin əməkdaşları bildiriblər ki, valyuta alış-satışında ciddi dəyişiklik gözlənilməsə də, sənədləşmənin artması mütləqdir.

"Home Credit" bankının hüquq təminatı departamentinin rəhbəri Aleksandr Qontarenko bildirib ki, yeni qərarla bankların əməliyyat departamentlərinin işi artacaq, əməliyyatlar uzanacaq və mürəkkəbləşəcək. A.Qontarenko, həmçinin qeyd edib ki, Mərkəzi Bankın bu limiti 30-40 min rubla qədər artırması müsbət bir addım olar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi