Yuxarı
    Bağlamaq

    Rusiya ÜDM proqnozunu azaldıb

    2020-ci ilə qədər iqtisadiyyatın 5,8% artacağı proqnozlaşdırılır

    Bakı. 30 avqust. REPORT.AZ/ Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) 2016-cı il üçün ÜDM proqnozunu azaldıb. "Report"un "Vedomosti" qəzetinə istinadən verdiyi xəbərə görə, İİN-in proqnozuna əsasən, bu il Rusiyada ÜDM aprel hesabatında nəzərdə tutulduğu kimi 0,2% deyil, 0,6% azalacaq. Nazirlik, həmçinin 2017-2019-cu illər üçün proqnozlarını da azaldıb.

    Qəzet yazır ki, neft qiymətlərindəki artıma, əmək haqqı fondunun artım sürətinə və inflyasiyanın azalmasına baxmayaraq, proqnoz aşağı salınıb. İİN növbəti üç il üçün iqtisadi artım proqnozunu azaldaraq 5,8%-ə salıb. Bu proqnoz neft qiymətləri 50-55 dollar/barel təşkil edəcəyi təqdirdə keçərli olacaq. Eyni dövr ərzində isə dünya iqtisadiyyatının 2,5 dəfə çox, 14,1% artacağı ehtimal edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi