Rusiya sanksiyalardan yayınmaq üçün kriptovalyutalardan istifadə edə bilər

Rusiya sanksiyalardan yayınmaq üçün kriptovalyutalardan istifadə edə bilər Rusiya həmçinin milli rəqəmsal valyutasını yaratmağı düşünür
Maliyyə
12 Dekabr , 2017 16:46
Rusiya sanksiyalardan yayınmaq üçün kriptovalyutalardan istifadə edə bilər

Bakı. 12 dekabr. REPORT.AZ/ Xarici məhdudiyyətlərdən yayınmaq məqsədilə "bitcoin"lərdən istifadə obyektiv zərurətə çevrilə bilər.

"Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin müşaviri Sergey Qlazyev Prezident Administrasiyasında kriptovalyutaların hüquqi statusu barədə keçirilən müzakirələr zamanı çıxış edib.

"Kriptovalyutalardan istifadə etmək üçün obyektiv zərurət yaranıb. Birincisi, banklar sanksiyalarla üzləşib və hesablaşmalar həyata keçirmək istəmir. Dövlət üçün önəmli bəzi fəaliyyət növləri üzrə bu maliyyə aləti bizə çox yarayır. Sanksiyalara baxmayaraq, kontragentlərimizlə bu yolla hesablaşmalar apara bilərik", - deyə S.Qlazyev əlavə edib.

Müşavir həmçinin milli kriptovalyutanın yaradıla biləcəyini də açıqlayıb: "Blokçeyn vasitəsilə rəqəmsal rubl və ya kriptorubl tədavülə buraxıla bilər".

Son xəbərlər

Orphus sistemi