Rusiya rublu ucuzlaşmağa davam edir

Rusiya rublu ucuzlaşmağa davam edir Bakı. 23 avqust. REPORT.AZ/ Rusiyanın milli valyutası - rublun məzənnəsi dollar və avroya nisbətdə ucuzlaşmağa davam edir.
Maliyyə
23 Avqust , 2018 13:33
Rusiya rublu ucuzlaşmağa davam edir
Depositphotos

Bakı. 23 avqust. REPORT.AZ/ Rusiyanın milli valyutası - rublun məzənnəsi dollar və avroya nisbətdə ucuzlaşmağa davam edir.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Moskva birjasında dolların məzənnəsi 84 qəpik qalxaraq 68,87 rubl, avronun məzənnəsi isə 67 qəpik artaraq 79,57 rubl təşkil edib. 

Eyni zamanda ABŞ-ın milli valyutası Rusiyada ilin əvvəlində qeydə alınan ən yüksək göstəricini üstələyib.

Rublun ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının fonunda öz dəyərini itirdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi