Rusiya rublu uçot dərəcəsinin artırılmasından sonra bahalaşıb

Rusiya rublu uçot dərəcəsinin artırılmasından sonra bahalaşıb Bakı. 14 sentyabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 7,25%-dən 7,5%-ə qaldırmasından sonra rubl ABŞ dolları qarşısında möhkəmlənib.
Maliyyə
14 Sentyabr , 2018 15:53
Rusiya rublu uçot dərəcəsinin artırılmasından sonra bahalaşıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 7,25%-dən 7,5%-ə qaldırmasından sonra rubl ABŞ dolları qarşısında möhkəmlənib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, əgər Moskva saatı ilə saat 13:28-də 1 dollar 68,4 rubldan ticarət olunurdusa, faiz artımı qərarının açıqlamasından sonra saat 13:36-da Amerika valyutasının məzənnəsi 67,8 rubla düşüb. Avronun məzənnəsi isə 80 rubldan 79,4 rubla dəyişib. 

Moskva saatı ilə saat 13:49-da isə dolların məzənnəsi 67,6 rubl, avronun məzənnəsi isə 79,1 rubl təşkil edib. 

Son xəbərlər

Orphus sistemi