Rusiya qızıl-valyuta ehtiyatlarını 500 mlrd. dollara çatdıra bilər

Rusiya qızıl-valyuta ehtiyatlarını 500 mlrd. dollara çatdıra bilər Nəticədə, Rusiya bu göstərici üzrə TOP-5 ölkələr siyahısına düşəcək
Maliyyə
25 Yanvar , 2017 17:46
Rusiya qızıl-valyuta ehtiyatlarını 500 mlrd. dollara çatdıra bilər

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın beynəlxalq ehtiyatları 2019-cu ilə qədər 500 mlrd. ABŞ dollarına çata bilər. 

"Report"un "İzvestiya" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Elmlər Akademiyasının Xalq Təsərrüfatının Proqnozlaşdırılması İnstitutu proqnozlaşdırır. 

İnstitutdan bildirilib ki, neft qiymətləri bu səviyyədə qalarsa, kapital axını yavaşlayarsa və münbit xarici amillərin təsiri davam edərsə, beynəlxalq ehtiyatlar artmağa davam edəcək. Açıqlamada həmçinin qeyd olunub ki, Rusiya Bankı (Mərkəzi Bank) valyuta bazarından xarici valyuta almağa başlasa belə, bu, prosesə ciddi təsir etməyəcək. Ekspertlər belə olduğu təqdirdə Rusiyanın ən böyük qızıl-valyuta ehtiyatlarına sahib olan 5-ci ölkəyə çevriləcəyini qeyd edirlər. 

Xatırladaq ki, hazırda Rusiyanın beynəlxalq ehtiyatları 385,4 mlrd. dollar təşkil edir.

Son xəbərlər

Orphus sistemi