Rusiya qarşıdakı üç ildə büdcədə neftin qiymətini 40 dollardan hesablayıb

Rusiya qarşıdakı üç ildə büdcədə neftin qiymətini 40 dollardan hesablayıb Büdcədə sosial xərclər azaldılmayacaq
Maliyyə
25 Oktyabr , 2016 20:00
Rusiya qarşıdakı üç ildə büdcədə neftin qiymətini 40 dollardan hesablayıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Rusiya höküməti 2017-2019-cu illərdə büdcədə neftin barelinin qiymətini 40 dollardan hesablayıb. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu qiymət neftin indiki bazar qiymətindən xeyli aşağı olsa da bütün sosial öhdəlikləri yerinə yetirmək üçün kifayət edir. Rusiyanın 3 illik büdcə layihəsi bu həftə Dövlət Dumasına təqdim ediləcək.

Rusiyanın baş naziri büdcə layihəsi ilə bağlı fikirlər səsləndirərkən bildirib ki, büdcə layihəsində neftin qiymətinin 40 dollardan götürülməsinə baxmayaraq, heç bir sosial öhdəlik ixtisara salınmayıb: "Hətta, bəzi hallarda müəyyən indeksasiyalara gedilib. Sosial xarakterli bütün xərclər, kompensasiyalar və pensiyaların zəruri həcmdə ödəniməsi nəzərdə tutulub. Onlar azaldılmayacaq."

Son xəbərlər

Orphus sistemi