Rusiya neft asılılığından 10-12 ilə qurtula bilər

Rusiya neft asılılığından 10-12 ilə qurtula bilər Bu ölkənin 4-5 il sonra 3-4% ÜDM artımına nail olmaq imaknı var
Maliyyə
4 Oktyabr , 2016 20:08
Rusiya neft asılılığından 10-12 ilə qurtula bilər

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiya neft gəlirlərindən asılılığını yaxın 10-12 il ərzində bitirə bilər. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strategiya Hazırlıqları Mərkəzinin direktoru Aleksey Kudrin tərəfindən "Biznesin atlantları" forumundakı çıxışında bildirilib. 

O deyib ki, Rusiyanın 10-12 il sonra qeyri-əmtəə ixracı əmtəə ixracını üstələyəcək: "Mən bunu zəruri hesab edirəm. Biz yalnız o zaman ölkənin neft asılılığından qurtulduğunu söyləyə biləcəyik."

A.Kudrin həmçinin bildirib ki, Rusiya 4-5 il sonra 3-4% iqtisadi artıma nail ola bilər. 

Xatırladaq ki, bu ilin ilk 8 ayı ərzində illik müqayisədə Rusiyanın ÜDM-i 0,7% azalma göstərib.

Son xəbərlər

Orphus sistemi