Yuxarı
    Bağlamaq

    Rusiya nağd ödənişləri məhdudlaşdırmağa hazırlaşır

    Hökumət ölkə iqtisadiyyatının ağardılmasına başlayır

    Bakı. 21 fevral. REPORT.AZ/ Rusiya İqtisadi İnkişaf Nazirliyi ilə Maliyyə Nazirliyi "kölgə iqtisadiyyatı" ilə mübarizə aparmaq məqsədilə ölkədə əmək haqlarının nağd ödənilməsinə qadağa qoymaq, iri həcmdə mal və xidmətlərin ödənişlərini isə məhdudlaşdırmağı təklif edib. "Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, həmçinin ödənişin kateqoriyasından asılı olaraq differensiallaşdırılmış bələdiyyə vergilərinin tətbiqi ideyası irəli sürülüb.

    Təkliflə əlaqədar açıqlama verən məmurlardan biri bildirib ki, əsas ideyalardan biri avtomobil, mənzil və bahalı əşyaların nağd satışını məhdudlaşdırmaqdır. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, bu təkliflərdən bəziləri hökumətin 2018-2024-cü illərdə iqtisadi artımın sürətləndirilməsi ilə bağlı proqrama daxil ola bilər. Nazirlik iqtisadiyyatın "ağardılması" üçün bir sıra tədbirlərin müzakirəsinin getdiyini qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi