Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb Rublun məzənnəsində ciddi dəyişiklik baş verməyib
Maliyyə
28 İyul , 2017 15:11
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 9%-də sabit saxlayıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının press-relizində məlumat verilir.

Qeyd edək ki, Rusiya Bankı bu il 3 dəfə faizləri azaldıb. Bugünkü iclasda Direktorlar Şurası qeyd edib ki, inflyasiya hədəfə yaxın səviyyədə qalıb, iqtisadi fəallıq isə bərpasını davam etdirib. Buna baxmayaraq, qısa və ortamüddətli inflyasiya riskləri qalmaqda davam edir. İclasdan əvvəl keçirilən sorğuda ekspertlərin yarısı faizlərin azaldacağını düşünsə də, Rusiya Bankı onu sabit saxlamaq qərarı verib.

"Report" xəbər verir ki, alınmış qərar rublun məzənnəsinə təsir etməyib və məzənnə 59,5 RUB/USD səviyyəsində qalıb.

Son xəbərlər

Orphus sistemi