​Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

​Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb Bunun fonunda Rusiyada dolların bahalaşması davam edir
Maliyyə
31 İyul , 2015 16:46
​Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Bakı. 31 iyul. REPORT.AZ/ Rusiya Mərkəzi Bankının bu gün keçirilən növbəti iclasında uçot dərəcəsinin 0,5 faiz bəndi - 11%-dək azaldılmasına dair qərar qəbul olunub.

"Report" xəbər verir ki, bank endirim qərarını ölkə iqtisadiyyatındakı yavaşlama ilə əlaqələndirib. Belə ki, II rübdə ÜDM-dəki azalma ilk rübə nəzərən daha sərt olduğu üçün bu qərar məcburi olub. Bununla da bank 2015-ci ildə faizləri artıq 4-cü dəfə azaltmış olub (bu il uçot dərəcəsi 17%-dən 11%-ə endirilib).

Rusiya Mərkəzi Bankının bugünkü qərarından sonra rubl dollarla müqayisədə ucuzlaşıb - dolların məzənnəsi 61 RUB/USD-yə qədər yüksəlib (səhər saatlarında - 60 RUB/USD olub). Məzənnənin yüksəlməsində əsas səbəb son günlər dünya bazarında neftin ucuzlaşması ilə yanaşı, Mərkəzi Bankın bugünkü qərarı göstərilir. Bəzi investorlar faiz səviyyəsindən qane olmayaraq dollar almağa üz tutub. Məzənnənin yüksəlməsi isə büdcə xərclərinin real olaraq azaldılması baxımından dövlətə xeyir gətirir. Çünki Ehtiyat Fondundan xarici valyutada rubla çevrilərək büdcəyə transfertlər azalır. Bu tendensiyanın bir qədər də davam etməsi, yəni rublun dollarla müqayisədə məqsədli ucuzlaşdırılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi