​Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

​Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb İlin sonuna qədər uçot dərəcəsinin 10%-dək azaldılacağı gözlənilir
Maliyyə
15 İyun , 2015 17:42
​Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Bakı. 15 iyun. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı sabahdan etibarən Direktorlar Şurasının qərarı ilə uçot dərəcəsini 12,5%-dən 11,5%-ə endirib. Mərkəzi Bank bu qərarı inflyasiya risklərinin azalması, yəni iqtisadiyyatın nəzərəçarpacaq dərəcədə zəifləməsi ilə əlaqələndirib.

"Report" xəbər verir ki, bankın proqnozlarına əsasən, 2016-cı ilin iyun ayında illik inflyasiya 7%, 2017-ci ildə isə 4% təşkil edəcək. İstehlak qiymətlərinin düşməsi fonunda isə bank uçot dərəcəsini azaltmağa davam edəcək. Lakin yaxın aylarda inflyasiya riskləri səbəbindən monetar siyasətin yumşaldılması tədbirləri məhdudlaşdırılıb.

Qeyd edək ki, Mərkəzi Bankın növbəti iclası iyulun 31-də keçiriləcək.

"Broker Kredit Servis" maliyyə qrupunun baş iqtisadçısı Vladimir Tixomirov bildirib ki, Mərkəzi Bankın bugünkü məlumatında gələcəkdə uçot dərəcəsinin daha yumşaq azaldılacağı göstərilib. Onun sözlərinə görə, Mərkəzi Bank gələn iclasda faizlərə toxunmayacaq, amma ilin sonuna qədər uçot dərəcəsinin 10%-dək azaldılacağı gözlənilir. Bunun nəticəsində illik inflyasiyanın 15%-i keçəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi