Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi endirib

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi endirib Dollar 0,5% bahalaşaraq 58,15 rubla çatıb
Maliyyə
27 Oktyabr , 2017 14:34
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi endirib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 8,25%-ə endirib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə bankın press-relizində məlumat verilir.

Xatırladaq ki, Rusiya Bankı bu il 5-ci dəfədir ki, faizləri azaldır. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozu ilə üst-üstə düşüb.

"Report" xəbər verir ki, bu qərar rublun məzənnəsini 0,5% azaldıb və məzənnə 58,15 RUB/USD səviyyəsinə çatıb.

Son xəbərlər

Orphus sistemi