Rusiya Mərkəzi Bankı neftin mümkün ucuzlaşması ilə bağlı stress-test keçirib

Rusiya Mərkəzi Bankı neftin mümkün ucuzlaşması ilə bağlı stress-test keçirib Stress-testlə Rusiya banklarının potensial itkisi qiymətləndirilib
Maliyyə
24 Sentyabr , 2016 12:20
Rusiya Mərkəzi Bankı neftin mümkün ucuzlaşması ilə bağlı stress-test keçirib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Dünya bazarında neftin hər barelinin qiyməti 25 dollara düşsə, bu il Rusiyanın 12 iri bankı ümumilikdə 3,4 trln. rubl (təxminən 53,2 mlrd. ABŞ dolları) itkiyə məruz qalacaq.

"Report" xəbər verir ki, bu açıqlama ilə Rusiya Mərkəzi Bankı (RMB) apardığı stress-testin nəticəsinə əsasən çıxış edib.

Bundan başqa, qurum test nəticəsində müəyyən edib ki, neftin 25 dollara satılması ölkənin ümumi daxili məhsulun (ÜDM) 5,7% azalması, ölkədə dolların qiymətinin 88 rubla çatması ilə nəticələnə bilər.

RMB qara qızılın 19 dollara qədər ucuzlaşması ilə bağlı gözləntilərini də açıqlayıb. Stress-testin nəticələrinə görə, bu halda Rusiya banklarının itkisi 3,75 trln. rubl (təxminən 57,75 mlrd. dollar) təşkil edəcək, ÜDM 7,8% azalacaq, dollar isə 100 rubla qədər bahalaşacaq. 

Son xəbərlər

Orphus sistemi