Rusiya Mərkəzi Bankı iqtisadiyyatda yavaşlama ilə bağlı xəbərdarlıq yayıb

Rusiya Mərkəzi Bankı iqtisadiyyatda yavaşlama ilə bağlı xəbərdarlıq yayıb İlin ilk yarısında ÜDM artımı Kerç körpüsü və "Sibirin gücü" sayəsində əldə edilib
Maliyyə
28 Avqust , 2017 19:57
Rusiya Mərkəzi Bankı iqtisadiyyatda yavaşlama ilə bağlı xəbərdarlıq yayıb

Bakı. 28 avqust. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) ölkə iqtisadiyyatında III rübdən etibarən yavaşlamanın olacağı barədə xəbərdarlıq edib.

"Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, iyul ayından etibarən müvəqqəti amillərlə dəstəklənən investisiya malları istehsalının fəallığı azalmağa başlayıb.

Rusiya Bankı bildirib ki, ilin II rübündə qeydə alınan 2,5%-lik iqtisadi artım tempi 2013-cü ilin son rübündən etibarən ən yüksək göstərici olub. Lakin bu həmlə birdəfəlik olub, gələcəkdə zəifləyəcək. II rübdə sürətli iqtisadi artım tempinin əldə olunması ilin ilk yarısında investisiyaların 4,8% artması ilə izah edilib. Bu da, əsasən, Kerç boğazı körpüsünün və "Sibirin gücü" qaz xəttinin inşası sayəsində əldə edilib. 

Son xəbərlər

Orphus sistemi