Rusiya Mərkəzi Bankı gələn həftə faizləri endirə bilər

Rusiya Mərkəzi Bankı gələn həftə faizləri endirə bilər Uçot dərəcəsinin 0,25 bənd azaldılması gözlənilir
Maliyyə
20 Aprel , 2017 17:18
Rusiya Mərkəzi Bankı gələn həftə faizləri endirə bilər

Bakı. 20 aprel. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) gələn həftə, aprelin 28-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini azalda bilər. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Rusiya Bankının rəhbəri Elvira Nabiullina verib.

Maliyyə Nazirliyinin iclasında çıxış edən Nabiullina azalmanın 0,25 və ya 0,5 faiz bəndi olacağını deyib. Qeyd edək ki, mart ayının inflyasiya səviyyəsinin illik müqayisədə 4,1%-ə enməsi Rusiya Bankının 4% hədəfinə yaxın olduğundan uçot dərəcəsinin azaldılması gözlənilir.

"Bloomberg" agentliyinin 17 iqtisadçı arasında keçirdiyi sorğuya əsasən, əksəriyyət 28 aprel iclasında Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırır.

"Report"un analitik qrupu uçot dərəcəsinin azaldılmasının rublun məzənnəsinə təsir etməyəcəyini ehtimal edir. Bununla yanaşı, yay aylarından etibarən manatın məzənnəsinin sabitləşməsi fonunda Azərbaycan Mərkəzi Bankının (AMB) da uçot dərəcəsini azaltması mümkündür.

Son xəbərlər

Orphus sistemi